Yığmamız bu gün növbəti yoxlama oyununda gücünü sınayacaq

Yığmamız bu gün növbəti yoxlama oyununda gücünü sınayacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Belarusla qarşılaşacaq.
Minskdəki “Dinamo” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Azərbaycan millisi bundan əvvəlki yoxlama oyununda Türkiyəyə 1:2 hesabıyla uduzub.