“Real Madrid” klubunun müdafiəçisi Serxio Ramos komanda yoldaşlarını əmək haqqının azaldılmasına razılaşmamağa səsləyib. Futbolçu hesab edir ki, komanda maaşların azaldılması ilə PSJ-nin hücumçusu Kilian Mbappeni almaq üçün qənaət edir.
Xatırladaq ki, S.Ramos 2005-ci ildən “Kral klubu”nun formasını geyinir. 2020/2021 mövsümündə müdafiəçi komandanın tərkibində keçirdiyi 21 oyunda dörd qolun və bir məhsuldar ötürmənin müəllifi olub. Bir müddət əvvəl bildirilirdi ki, Serxio Ramos komanda ilə iki illik müqavilə əldə etmək istəyir. Bunun qarşılığında isə futbolçu əmək haqqının 10 faiz azalmasına belə razılıq verib.
“Real”ın kapitanından komanda yoldaşlarına çağırış
