Bu gün Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Prinin sonuncu – 11-ci turunda mübarizə aparacaq. Zəka sahibimiz bu turda almaniyalı Elisabet Paets ilə üz-üzə gələcək. Sonuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya bolqarıstanlı Antoaneta Stefanova, Valentina Qunina gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno ukraynalı Anna Muzıçuk ilə mübarizə aparacaqlar. Qazaxıstan təmsilçiləri - turnir cədvəlinin favoriti Jansaya Abdumalik (8 xal) ukraynalı Mariya Muzıçuk, Dinara Saduakassova isə rumıniyalı İrina Bulmaqa ilə qarşılaşacaqlar.
Şahmatçımız ötən 10 turdan sonra 6 xalla 3-4-cü yerləri bölüşür.
Zəka sahibimiz üçün son cəhd