Yığmamız yoxlama oyununda Belarusu məğlub etdi​

Yığmamız yoxlama oyununda Belarusu məğlub etdi​

Futbol üzrə milli komandamız yoldaşlıq oyununda gücünü sınayıb. Canni De Byazinin baş məşqçi olduğu yığmamız Minskdə Belarus yığması ilə qarşılaşıb. Millimiz “Dimamo” Milli Olimpiya Stadionundakı qarşılaşmada rəqibi üzərində 2:1 hesablı qələbə qqazanıb. Matçda bütün qollar fasilədən sonra vurulub. Belarus millisinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə fərqlənib. Buraxılan topdan sonra millimiz fəallığı artırıb. Bu, tezliklə hesabda da öz əksini tapıb. Belə ki, yığmamız matçın 73-cü dəqiqəsində Bədavi Hüseynovla tarazlığı bərpa edib. Oyunun sonlarına yaxın isə millimiz qələbə topunu vurub. 90+1-ci dəqiqədə Ramil Şeydayev fərqənib.
Bu, millimizin 2021-ci ildə ilk qələbəsi olub. ​
Qeyd edək ki, yığmamız daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komandamız iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.