Cəbəllütariqdə keçirilən qadın şahmatçılar arasında Qran-Pri turnirinə yekun vururlub. Yarışda ölkəmizi təmsil edən zəka sahibimiz Günay Məmmədzadə uğurlu çıxışı ilə mükafatçılar sırasında yer alıb. Şahmatçımız sonuncu - 11-ci turda Almaniya təmsilçisi Elizabet Paets ilə xalları yarı bölüb. Beləliklə, aktivindəki xalların sayını 6,5-ə çatdıran şahmatçımız Qran-Prini 3-cü yerdə başa vurub. Turnirin qalibi 8,5 xalla qazaxıstanlı şahmatçı Jansaya Abdumalik olub. İkinci yeri 7 xalla Ukrayna təmsilçisi Mariya Muzıçuk tutub.
Qeyd edək ki, yarışda dünyanın 12 güclü zəka sahibi mübarizə aparıb.
Şahmatçımız Qran-Pridə üçüncü yerə sahib çıxdı