Olimpiya Oyunlarında güləş yarışlarının başlamasına 2 aydan az vaxt qalıb. Güləş üzrə yığmalarımız Tokio Olimpiadasına hazırlıqları intensiv şəkildə davam etdirirlər.
Qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışı keçirlər. Mayın 24-dən start verilən hazırlıq prosesi iyunun 8-dək davam edəcək. Yerli komanda ilə birgə təlim-məşq toplanışında baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.
Qeyd edək ki, toplanış başa çatdıqdan sonra M.Stadnik və E.Manolovanın Polşanın paytaxtı Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.
Qadın güləşçilərimiz Bolqarıstanda