2023-cü il UEFA Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində keçirilə bilər.
UEFA İcraiyyə Komitəsi iyulun 9-da finalın bu ölkə keçiriləcəyini açıqlayacaq.
Qarşılaşma Atatürk Olimpiya Stadionunda gerçəkləşəcək. 2021/2022 və 2022/2023 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasiminin də qonşu ölkədə keçirilməsi nəzərdə tutulur.
2023-cü ildəki final oyunu Almaniyanın Münhen şəhərində keçirilməli idi.
Qeyd edək ki, cari mövsüm İngiltərənin "Çelsi" və "Mançester Siti" komandaları arasındakı matçın daha əvvəl Türkiyədə təşkili planlaşdırılsa da, oyun koronavirus səbəbindən Portuqaliyanın Portu şəhərinə verilmişdi. Həmin final oyunu "Çelsi" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Çempionlar Liqasının finalı Türkiyəyə verilə bilər
