Azərbaycan boksçusu Lorenzo Sotomayor Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.
69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın gümüş medalçısı Sebastian Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb.
Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən yarışda erməni əsilli rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.
Sotomayor yarışa ötən il artin 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb. O, koronavirus pandemiyası üzündən cəmi 3 gün davam edən turnirin 1/16 finalında Dmitri Qalaqota (Moldova) qalib gəlib. Yarış bu gün bərpa olunub. Lorenzonun çəki dərəcəsində ilk 6 yeri tutacaq idmançılar Tokio-2020-yə lisenziya qazanacaq.
O, 1/4 finalda belaruslu Aleksandr Radionov ilə döyüşəcək. Görüş iyunun 6-da olacaq.
Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə Yelizaveta Vojçikə (Polşa) uduzub.
Qeyd edək ki, bu gün daha iki boksçumuz mübarizəyə qoşulacaq.