Arda Turan "Qalatasaray"dan gedir

Arda Turan "Qalatasaray"dan gedir

Yeni mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək "Altay" klubu heyətini gücləndirməyə çalışır. İzmir klubunun transfer siyahısında olan futbolçulardan biri də Arda Turandır. Artıq klub rəhbərliyi "Qalatasaray"ın futbolçusu ilə danışıqlara başlayıb.
"Altay" rəhbərliyi Ardaya kapitanlıq təklif edib. Futbolçu isə bir qədər gözləmək niyyətindədi. Belə ki, Arda qərarını Fatih Terimin "Qalatasaray"dakı taleyi aydınlaşandan sonra verəcək. "İmperator" İstanbul klubunda qalsa, futbolçu da yeni müqavilə imzalayacaq. Əks halda "Altay"a üz tutacaq.