Əfsanəvi futbolçunun heykəli ucaldıldı

Əfsanəvi futbolçunun heykəli ucaldıldı

Argentina millisi Dieqo Maradonanın ölümündən sonra ilk rəsmi görüşünü keçirib.

2022-ci il Dünya Çempionatı seçmə mərhələsi çərçivəsində Çiliyə qarşı oyun öncəsi Santyaqo del Estero stadionunda əfsanəvi furbolçu Dieqo Maradonanın heykəli açılıb.
Argentina yığmasının oyunçuları isə meydançaya Maradonaya həsr olunmuş idman köynəkləri ilə çıxıblar.
Qeyd edək ki, Maradona ötən ilin noyabr ayında ürək tutmasından vəfat edib.