Millimiz bu gün son yoxlama oyununa çıxacaq

Millimiz bu gün son yoxlama oyununa çıxacaq

Bu gün futbol üzrə milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununa çıxacaq. İtaliyalı mütəxəssis Canni De Byazinin baş məşqçi olduğu komandamız Moldova millisinə qarşı oynayacaq.

Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu, iki kollektiv arasında sayca 11-ci görüş olacaq. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.

Hazırda Moldova yığmasına rəqib komandaya "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir.