Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Varşavaya yola düşüb. “Qarabağ” futbolçusu Polşada tibbi müayinədən keçdikdən sonra, növbəti həftə rəsmi müqavilə imzalayacaq.
Müqavilənin müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq.
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın heyətində çıxış edib. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada ötən mövsüm 18 qolla bombardirlik yarışında ikinci olub.
Mahir Emreli “Legiya” ilə müqavilə imzalayacaq
