Millimiz Moldovaya məğlub oldu

Millimiz Moldovaya məğlub oldu

Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.  Millimiz səfərdə Moldova yığmasının qonağı olub. Kişineudakı “Zimbru” stadionundakı qarşılaşma meydan sahiblərin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Vitaliy Damaşkan olub.
Qeyd edək ki, bu, iki kollektiv arasında sayca 11-ci görüş olub. İndiyədək təşkil olunan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.