İlk qadın sədr seçildi

İlk qadın sədr seçildi

Debbi Hyuitt 2022-ci ilin yanvarından İngiltərə Futbol Assosiasiyasının sədri olacaq. Beləliklə, o, təşkilatın başında duran ilk qadın olacaq.

“İngiltərə Futbol Assosiasiyasının sədri vəzifəsinə seçildiyim üçün çox sevinirəm. Bu, ingilis futbolu üçün vacib bir nöqtədir. Maraqlı tərəflərin oyunun bütün səviyyələrdə uzunmüddətli rifahını təmin etmək üçün aydın bir məqsədi var”, - deyə D.Hyuitt bildirib.

Qeyd edək ki, FA-nın yeddi üzvünün yekdil qərarı ilə 57 yaşlı Debbi Hyuitti bu vəzifəyə seçilib. Namizədliyini təsdiq etdikdən sonra o, FA-nın müvəqqəti sədri Piter Makkormiki təşkilatın İdarə heyəti ilə əvəz edəcək.