UEFA Çempionlar Liqasında (ÇL) 2021-2022-ci illər mövsümünün ilk püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmaya əsasən, Çempionlar Liqasının ilkin mərhələsində yarımfinal cütləri müəyyənləşib.
"Folqore" (San-Marino) - "Priştina" (Kosova)
"HB Torshavn" (Farer adaları) - "İnter Eskaldes" (Andorra)
Qeyd edək ki, yarımfinal oyunları iyunun 22-də, final isə iyunun 25-də olacaq. Farer adalarında baş tutacaq qarşılaşmalar bir oyundan ibarətdir.
Finalda qalib olan komanda Çempionlar Liqasında I təsnifat mərhələsinə vəsiqə əldə edəcək. Həmin raundun ilk görüşləri 6-7 iyul, cavab qarşılaşmaları isə 13-14 iyulda təşkil olunacaq.
Digər 3 kollektiv mübarizəyə Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək.