"Milan"dan Parisə

"Milan"dan Parisə

"Milan"da çıxışını başa vuran ayrılan Canluici Donnarumma yeni mövsümdə PSJ-də çıxış edəcək. Bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. Onun Paris təmsilçisi ilə razılığa gəldiyi bildirilib. 22 yaşlı oyunçu yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq. Qeyd edək ki, Donnarumma ötən mövsüm "Milan"da 48 matça çıxıb,  54 qol buraxıb və 15 oyuna qapısını toxunulmaz saxlayıb.