Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri keçirilir. İkinci yarış günündə 61, 65, 74, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Yarışa 1/4 finaldan başlayan start verən Hacımurad Hacıyev (74 kq) ilk görüşdə iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Pəhləvanımız yarımfinalda eyni ölkənin digər güləşçisi Mustafa Hüseynxaniyə uduzub. O, axşam seansında bürünc medal uğrunda görüşə çıxıb. Həlledici qarşılaşmada H.Hacıyev Polşa güləşçisini asanlıqla məğlub edərərk bürünc medala layiq görülüb.
Qeyd edək ki, yarışın ilk günündə Hacı Əliyev (70 kq) bürünc medal qazanmışdı.
Polşada növbəti bürünc medal