Varşavada güləş üzrə "Poland Open" turniri start götürüb.
İlk yarış günündə 57, 70, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
70 kq-da iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemiylə keçiriləcək. Hacı Əliyev A qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz daha sonra qazax həmkarını vaxtından əvvəl üstələyib. Üçüncü turda gürcü rəqibindən də güclü olan Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ təmsilçisinə xalların keyfiyyətinə görə uduzub. Bürünc medal uğrunda yenidən Gürcüstan güləşçisiylə qarşılaşan Hacı rəqibinə minimal fərqlə qalib gəlib.
Şərif Şərifov isə pley-off sistemiylə yarışıb və debütdə İtaliya təmsilçisinə xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub.
3 qat dünya çempionumuz Polşada üçüncü oldu