İyunun 12-də futbol üzrə Avropa çempionatının B qrupunda birinci turun oyunlarına yekun vurulub. Sankt-Peterburqda
keçirilən görüşdə Belçika və Rusiya komandaları üz-üzə gəlib. Dünya reytinqində birinci pillədə qərarlaşan belçikalılar matçda meydan sahibləri üzərində inamlı qələbə qazanıblar -3:0. Qonaqların heyətində Romelu Lukaku iki, Tomas Muniyer isə bir dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, B qrupunun digər görüşündə Finlandiya komandası meydan sahibi Danimarka millisini minimal hesabla məğlub edib -1:0.
Xatırladaq ki, A qrupunda yer alan İsveçrə və Uels komandalarının Bakının Olimpiya stadionunda keçirilən görüşü heç-heçə nəticələnib – 1:1.
Belçika millisi AVRO-2020-yə böyükhesablı qələbə ilə başladı
jpg-1623602908.jpg)