"Neftçi" Keysuke Honda ilə yollarını ayırdı

"Neftçi" Keysuke Honda ilə yollarını ayırdı

“Neftçi” klubu ulduz futbolçusu Keysuke Honda ilə rəsmən yollarını ayırıb. Paytaxt təmsilçisinin rəsmi saytında yer alan xəbərə görə, 35 yaşlı yarımmüdafiəçinin baş çatan müqaviləsi yenilənməyib. "Ağ-qaralar" yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, bu ilin martında "Neftçi"yə keçən Keysuke Honda 7 oyunda 2 qol vurub.