İyunun 14-də futbol üzrə Avropa çempionatının E qrupunda birinci turun oyunlarına yekun vurulub. Sevilyada keçirilən görüşdə İsveç və İspaniya komandaları üz-üzə gəliblər. Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq matçda hesab açılmayıb. Beləliklə, üçqat Avropa çempionları AVRO-2020-nin final mərhələsinə heç-heçə ilə başladılar.
E qrupun digər görüşündə isə Slovakiya komandası Polşa millisini 2:1 hesabı ilə məğlub edib.
İlk turda qeydə alınan nəticələrdən sonra Slovakiya millisi qrupda liderliyi ələ alıb. İkinci və üçüncü pillədə müvafiq olaraq, 1 xala malik olan İsveç və İspaniya yığmaları yer alıblar. 4-cü pillələrdə isə müvafiq olaraq İspaniya və Polşa yığmaları qərarlaşıb.