Futbol üzrə Argentina yığmasının 33 yaşlı hücumçusu Lionel Messi Amerika Kubokunun Çili millisinə qarşı birinci turunun oyununda (1:1) cərimə zəribəsindən fərqlənməklə əhəmiyyətli statistik nailiyyətə imza atıb.
Bu, Messinin karyerası ərzində Argentina yığmasının heyətindəki rəsmi matçlarda 39-cu qol olub. Hücumçu bu göstərici üzrə əfsanəvi Qabriel Batistutanı (38 qol) keçməyi bacarıb.
Messinin Argentina yığmasının heyətində hesabında ümumilikdə 145 matç var. O, bu oyunlarda 73 qol vurub. Batistuta isə 49 görüşdə 45 dəfə fərqlənib. Siyahıdakı ilk üçlüyü 97 oyunda 41 qolla Serxio Aquero bağlayır.
Messi ötən mövsüm "Barselona"nın heyətində 47 görüşdə iştirak edib, onun hesabında 38 qol və 14 məhsuldar ötürmə var.
Messidən növbəti rekord
