Avro-2020-nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının oyundan əvvəl son məşqi olub.
Baş məşqçi Şenol Güneşin yetirmələri hazırlıq prosesini Bakı Olimpiya Stadionunda keçiriblər.
Türkiyə-Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.
İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.
Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Türkiyə millisi Uelslə oyundan öncə son məşqinə çıxdı
