AVRO-2020: Son Avropa çempionlarından uğurlu başlanğıc

AVRO-2020: Son Avropa çempionlarından uğurlu başlanğıc

AVRO-2020-də F qrupunda mübarizəyə start verilib. Qrupun ilk matçı Macarıstanda təşkil olunub. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüşdə Macarıstan millisi son çempion Portuqaliya ilə qarşılaşıb. Görüş Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hər üç qol 2-ci hissənin sonlarında vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro hesabı açıb. Qoldan 3 dəqiqə sonra Kriştianu Ronaldo hesabı arasındakı fərqi bir qədər də artırıb 2:0. Qarşılaşmada son nöqtəni də Ronaldo qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb.
Qeyd edək ki, F qrupunun digər oyununda Almaniya millisi dogma azarkeşlər önündə Fransa yığması ilə qarşılaşacaq. “Alians arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.