AVRO-2020-də F qrupunda mübarizə aparan Portuqaliya millisi çempionata qələbə ilə başlayıb. Budapeştdə Macarıstan millisinin qonağı olan son Avropa çempionları qələbəni 3 qolla qazanıblar. Matç prineylilərin heyətində iki qolla yadda qalan Kristianu Ronaldo üçün xüsusilə əhəmiyyətli olub. Belə ki, bu görüşdə dubl edən portuqaliyalı ulduz hücumçu 11 qolla turnirin tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. O, 9 qolu olan Fransa millisinin sabiq forvardı Mişel Platinini geridə qoyub. Veteran futbolçu qolların hamısını AVRO-1984-də vurub.
Bundan başqa, start heyətində meydana çıxan 36 yaşlı forvard 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb. Təcrübəli forvard daha əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş turnirlərin iştirakçısı olub.
Qeyd edək ki, İpaniya millisinin sabiq qapıçısı İker Kasilyas da 5 Avropa çempionatına qatılsa da, 2000 və 2016-cı illərdəki turnirlərdə ehtiyatda qalıb.