Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

"Neftçi"nin UEFA Konfrans Liqasındakı potensial rəqibi bəlli olub. Ölkə çempionu Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək. "Ağ-qaralar" ilk matçını evdə keçirmək hüququna malikdir.

"Sumqayıt" və "Keşlə" komandasının da püşk zamanı Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub. "Sumqayıt" klubu Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Hər iki komanda ilk oyunlarını səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

"Qarabağ" komandasının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibinin də adına aydınlıq gəlib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək.

Ağdam təmsilçisi ilk oyununu Bakıda keçirəcək