Avro-2020-də qrupdan çıxan ilk komanda İtaliya millisi oldu

Avro-2020-də qrupdan çıxan ilk komanda İtaliya millisi oldu

İyunun 16-dafutbol üzrə Avropa çempionatınınAqrupundaikinciturunoyunları başa çatıb. Romadakı “Olimpiko” stadionunda keçirilən görüşdə İtaliya və İsveçrə komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyunda İtaliya millisi rəqibini məğlub edib. Görüş İtaliya yığmasının böyükhesablı qələbəsi ilə başa çatıb -3:0. Matçda bütün qolları Manuel Lokatelli (26, 52) və Ciro İmmobile (89) vurub.
A qrupunun turnir cədvəlinə 6 xalla İtaliya millisi başçılıq edir. İkinci pillədə 4 xala malik olan Uels yığması yer alıb. 3-cü və 4-cü pillələrdə isə müvafiq olaraq, İsveçrə və Türkiyə yığmaları qərarlaşıb.