Avro-2020-nin ən sürətliləri açıqlanıb

Avro-2020-nin ən sürətliləri açıqlanıb

UEFA-nın mətbuat xidməti “Twitter” hesabında cari Avropa çempionatının beş ən sürətli futbolçusunun siyahısını yerləşdirib.

Belə ki, reytinqə saatda 33,8 km sürətə sahib olan İtaliya yığmasının 28 yaşlı müdafiəçisi Leonardo Spinatsola başçılıq edib. Onun ardınca Uelsin yarımmüdafiəçisi Daniel Ceyms (saatda 33,5 km) yer alıb. Üçlüyü isə İngiltərə millisinin futbolçusu Rahim Sterlinq (33,1 saatda km) bağlayır.

Ən yaxşı beşliyə İsveçrə yığmasının futbolçusu Bril Embolo (saatda 32,8 km) və italiyalıların daha bir təmsilçisi Giovanni di Lorenzo (saatda 32,6 km) daxil olub.