Uelsli futbolçular Bakıda gəzintiyə çıxdılar

Uelsli futbolçular Bakıda gəzintiyə çıxdılar

Avropa çempionatının A qrupunun oyunları üçün Bakıda olan Uels yığmasının futbolçuları şəhər gəzintisinə çıxıb.

Gəzinti zamanı komandanın üzvlərinə Bakı və Azərbaycan barədə məlumat verilib. Uelsli oyunçular paytaxtın simasında tarixi ənənələr və müasirliyin vəhdətinin canlı şahidi olublar.

Qeyd edək ki, Uels millisi AVRO-2020-nin final mərhələsi çərçivəsində ilk oyununu iyunun 12-də İsveçrə millisinə qarşı keçirib. Bakı Olimpiya Stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Uels millisinin növbəti oyunu iyunun 16-da Bakı Olimpiya Stadionunda Türkiyə komandasına qarşı olacaq.