Bu gün AVRO-2020-də daha 3 oyun təşkil olunacaq

Bu gün AVRO-2020-də daha 3 oyun təşkil olunacaq

Bu gün futbol üzrə AVRO-2020 çərçivəsində daha 3 oyun təşkil olunacaq.

Qarşılaşmalardan biri B, ikisi isə C qrupunda oynanılacaq. İlk oyun C qrupunda yer alan komandalar arasında olacaq. Ukrayna millisi Buxarestdəki "Milli Arena"da Şimali Makedoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Oyunu argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

Günün ikinci qarşılaşması Danimarka və Belçika milliləri arasında olacaq. Kopenhagendəki "Parken" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşün baş hakimi niderlandlı Byörn Kuypers olacaq.
C qrupunun digər görüşündə turnirin favoritlərindən Niderland yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək. Amsterdamdakı "Yohan Kroyf Arena"da təşkil olunacaq matçı İsrail Futbol Assosiasiyasından Orel Qrinfeld idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.