AVRO-2020: Çexiya meydan sahiblərini məyus etdi

AVRO-2020: Çexiya meydan sahiblərini məyus etdi

Bu gün AVRO-2020-nin D qrupunda ilk turun ikinci oyunu keçirilib. Turnirin ev sahiblərindən olan Şotlandiya millisi Qlazqo şəhərindəki “Hempden Park” stadionunda Çexiya komandası ilə qarşılaşıb.  Oyun Çexiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər iki qolun müəllifi Patrik Şik vurub. O, matçın 42-ci və 52-ci dəqiqələrində şotlandiyalıların qapısına yol tapıb.
Qeyd edək ki, D qrupunun digər görüşündə İngiltərə millisi Xorvatiya yığmasını minimal hesabla məğlub edib - 1:0.
İlk turdan sonra Çexiya və İngiltərə milliləri 3 xalla qrupda şərikli liderlik edirlər. Aktivində xal olmayan Xorvatiya və Şotlandiya yığmaları isə 3-4-cü yerləri bölüşürlər.