Buffon rəsmi olaraq “Parma”da

Buffon rəsmi olaraq “Parma”da

Əfsanəvi futbolçu Canluci Buffon yeni klubu ilə müqavilə imzalayıb. “Yuventus” klubunun italiyalı qapıçısı “Parma” komandası ilə 2 illik müqaviləyə qol çəkib.
43 yaşlı qapıçının “Parma” klubunun formasında bu gün təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki “Parma” komandası son mövsümün nəticələrinə görə, A Seriyasından kənarda qalıb.
Xatırladaq ki, Buffon məhz “Parma” klubunun yetirməsidir. Tanınmış futbolçu 1995-2001-ci illərdə klubda 160-dan çox oyun keçirib.