AVRO-2020: Niderland da vaxtından əvvəl pley-offa vəsiqəni təmin etdi

AVRO-2020: Niderland da vaxtından əvvəl pley-offa vəsiqəni təmin etdi

AVRO-2020 həyəcanı davam edir. Qitə birinciliyinin final mərhələsi çərçivəsində C qurupunda da ikinci tur geridə qaldı. İtaliya və Belçika millisinin ardınca, Niderland yığması da adını 1/8 final mərhələsinə vəsiqə qazanan komandaların siyahısına yazdı. “Narıncılar” buna Amsterdamdakı "Yohan Kroyf Arena"da keçirilən matçda Avstriya üzərində 2:0 hesablı qələbə qazanmaqla nail oldular. Matçda hesab 11-ci dəqiqədə açılıb. Memfis Depay komandasını hesabda önə çıxarıb. Oyunda sükut bir də matçın dəqiqəsində pozulub. Denzel Dümfris fərqlənərək matçda yekun hesabı müəyyənləşdirib.

Beləliklə, 2 turdan sonra xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa vəsiqə qazanıb. Aktivində 3 xalı olan Avstriya isə qurupda üçüncü pillədə yer alıb.