Kristian Eriksen ürək əməliyyatı keçirəcək

Kristian Eriksen ürək əməliyyatı keçirəcək

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksendən yeni xəbər var. 29 yaşlı futbolçu yaxın günlərdə ürək əməliyyatı keçirəcək. Skandinaviyalı yarımmüdafiəçinin ürəyinə implant kardioverter-defibrilyator yerləşdiriləcək. Bu cihaz ürəyin qəfil dayanmasının qarşısını alır.

Qeyd edək ki, danimarkalı futbolçu B qurupu çərçivəsində Finlandiya ilə keçirilən matçın 10-cu dəqiqəsində qəflətən huşunu itirərək yerə yıxılmışdı. Səhhətində ciddi problem yaranan futbolçu ilkin tibbi yardımdan sonra birbaşa xəstəxanaya aparılmışdı.