UEFA AVRO-2020 iştirakçılarına qadağa qoydu

UEFA AVRO-2020 iştirakçılarına qadağa qoydu

UEFA rəhbərliyi AVRO-2020-də çıxış edən ölkələrin Futbol Federasiyaları və Assosiasiyaları rəhbərlərinə, milli komandaların oyunçularının mətbuat konfransı zamanı içki və su butulkalarına toxunmamaları barədə xəbərdarlıq edib.
UEFA ötən Avropa2016-da sadəcə, 10 əsas sponsordan ümumilikdə 483 milyon avro gəlir əldə etmişdi. Bu dəfə isə 12 əsas sponsor var. Bu məbləğin daha da yüksək olacağı gözlənilir.
Qeyd edək ki, AVRO-2020 çərçivəsində əvvəlcə, portuqaliyalı superulduz Kriştianu Ronaldo, sonra isə Fransa yığmasının üzvü Pol Poqba mətbuat konfransında su butulkalarına toxunaraq diqqət mərkəzinə düşmşdülər. Kriştianu Ronaldo mətbuat konfransında masanın üzərindən “Coca cola” şüşəsini, Pol Poqba isə pivəni götürüb kənara qoymuşdu. Müsəlman olan Poqba bunu dində spirtli içkinin haram olmasına görə etdiyini bildirmişdi.