“Real” daha bir müdafiəçisini itirə bilər

“Real” daha bir müdafiəçisini itirə bilər

İspaniyanın “Real Madrid” klubunda ayrılıqlar davam edir. “Kral klubu”nun kapitanı Serxio Ramos klubdan ayrıldıqdan sonra komanda daha bir müdafiəçisini itirmək təhlükəsi ilə üzləşib. Fransalı müdafiəçi Rafael Varan da həmkarı kimi komandadan ayrılmaq istəyir. Mərkəz müdafiəçisi  klubun ona 2-ci dəfə etdiyi yeni müqavilə təklifini rədd edib. Rəhbərlik artıq onun satışına hazırlaşıb. Futbolçu üçün İngiltərənin “Mançester Yunayted” və Fransanın PSJ klubları mümkün seçim variantları olaraq qalır.