Avropalılar niyə penalti vura bilmir?

Avropalılar niyə penalti vura bilmir?

AVRO-2020-də indiyədək qapılara ümumilikdə 5 penalti təyin olunub. Bunlardan yalnız biri qolla nəticələnib. Digər 4 zərbə zamanı ya qapıçılar yaxşı oynayıblar, ya da futbolçular qeyri-dəqiq olublar.
Turnirdə hələlik 11 metrlik cərimə zərbəsindən fərqlənən yeganə futbolçu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldudur. 36 yaşlı hücumçu Macarıstanı 3:0 hesabı ilə məğlub etdikləri görüşdə zərbəni dəqiq yerinə yetirib.
Penaltini boşa verənlər isə Danimarka millisindən Pyer-Emil Heyberq, Uelsdən Qaret Beyl, Şimali Makedoniyadan Özcan Alioski və Ukraynadan Ruslan Malinovskidir.