AVRO-2020: Bu gün 2 qrupda daha 3 oyun olacaq

AVRO-2020: Bu gün 2 qrupda daha 3 oyun olacaq

Futbol üzrə Avropa çempionatı həyəcanı davam edir. Bu gün AVRO-2020 çərçivəsində daha üç qarşılaşma təşkil olunacaq. Oyunlardan ikisi D, biri isə E qrupunda baş tutacaq. Günün ilk oyunu Sankt-Peterburqda oynanılacaq. E qrupunda yer alan İsveç millisi Slovakiya ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq qarşılaçmanı almaniyalı referi Marko Frits idarə edəcək. Qeyd edək ki, ilk turun oyunlarında İsveç millisi İspaniya ilə qolsuz heç-heçə etmişdi. Slovakiyalılar isə ilk oyunda Polşa komandasını 2:1 hesabı ilə məğlub ediblər. Slovakiyalılar bu oyunda qələbə qazanacağı təqdirdə 1/8 finala vəsiqəni təmin edəcək.

Günün ikinci oyununda isə Çexiya millisi ilə Xorvatiya komandası qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək oyun Qlazqo şəhərindəki “Hempden Park” stadionunda təşkil olunacaq. Görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. İlk turda Xorvatiya seçməsi İngiltərəyə minimal hesabla məğlub olmuşdu. Çexlər isə Şotlandiyanı 2:0 hesabı ilə üstələmişdilər. Çexiya komandası Xorvatiya ilə matçda da qələbə qazanarsa, 1/8 finala vəsiqəni təmin edəcəklər.

Günün son matçı E qrupunun favoriti İngiltərə yığması ilə Şotlandiya komandası arasında oynanılacaq. Londondakı “Uembli” stadionunda keçiriləcək matç 23:00-da snart götürəcək. Oyunu ispaniyalı Antonio Migel Mateu Laos idarə edəcək.