AVRO-2020: İtaliyadan sonra Belçika da adını 1/8 finala yazdırdı

AVRO-2020: İtaliyadan sonra Belçika da adını 1/8 finala yazdırdı

Bu gün AVRO-2020-nin final mərhələsi çərçivəsində B qrupunun II turuna yekun vurulub.
Qrupda turun son görüşü Danimarka və Belçika milliləri arasında olub. Kopenhagendəki "Parken" stadionunda təşkil olunmuş oyun Belçika millisinin qələbəsi ilə başa çatıb -2:1. Oyunda hesabı skandinaviyalılar açıblar. Yussuf Poulsen Danimarka millisinin hesabda önə çıxarıb. 27 yaşlı forvard 1 dəqiqə 39-cu saniyədə fərqlənərək, Avropa çempionatları tarixinin ikinci ən sürətli qolunun müəllifi olub.
Birinci hissə elə bu hesabla başa çatıb. Fasilədən sonra belçikalılar əzimkarlıq göstəriblər. Əvvəlcə 55-ci dəqiqədə Torqan Azar fərqlənib. Matçın 70-ci dəqiqəsində isə Kevin De Bruyne komandasının qələbə topunu vurub.
Bununla da qurupda keçirdiyi hər iki oyununu qələbə ilə başa vuran Belçika adını 1/8 finala yazdıran ikinci komanda olub.