Qarabağın hücumçusu "Legiya"da ilk matçında 3 qolla yadda qaldı

Qarabağın hücumçusu "Legiya"da ilk matçında 3 qolla yadda qaldı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" komandasının heyətində ilk oyununu keçirib.
“Qarabağ” klubunun keçmiş hücumçu Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"i ilə yoxlama matçında ilk 11-likdə yer alıb. Görüş “Legiya” komandasının qələbəsi ilə başa çatıb -5:0. Matçda qollardan üçünü Mahir Emreli vurub. Varşava komandasının heyətində uğurlu startı ilə fərqlənən hücumçu matçın 6-cı, 22-ci və 36-cı dəqiqələrində rəqib qapısına yol tapıb.