Əməliyyat olunan İbrahimoviçin meydanlara qayıdacağı tarix açıqlandı

Əməliyyat olunan İbrahimoviçin meydanlara qayıdacağı tarix açıqlandı

“Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Buna səbəb isveçli futbolçunun sol dizindən əməliyyat olunmasıdır. 40 yaşlı futbolçu ən yaxşl halda avqustun ayının ortalarında meydana qayıdacaq.

Qeyd edək ki, Z.İbrahimoviç ötən mövsüm İtaliya A Seriyasında 19 oyunda iştirak edib və 15 qolla yadda qalıb.