AVRO-2020: “Damalılar” bu dəfə də qələbəyə həsrət qaldı

AVRO-2020: “Damalılar” bu dəfə də qələbəyə həsrət qaldı

AVRO-2020 həyəcanı davam edir. Bu gün çempionatda D qrupunda ikinci turun oyunlarına start verilib.
İlk oyunda qələbə qazanan Çexiya millisi bu dəfə Xosrvatiya ilə üz-üzə gəlib. Şotlandiyanın Qlazqo şəhərindəki "Hempden Park" stadionunda təşkil olunan görüşdə qalib müəyyənləşməyib -1:1. Matçda hesabı Çexiya millisi açıb.  37-ci dəqiqədə penaltidən fərqlənən Patrik Şik komandasını hesabda önə çıxarıb. Bu qol 25 yaşlı hücumçunu hələlik bombardirlər siyahısında birinci sıraya yüksəldib. Xorvatiya millisinin heyətində bərabərlik qolunun müəllifi isə İvan Perişiç olub. O, matçın 47-ci dəqiqəsində fərqlənib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Çexiya millisi ilk pillədəki yerini qoruyub. Xorvatiya isə 1 xalla üçüncüdür.