Futbolçu silahlı hücuma məruz qaldı

Futbolçu silahlı hücuma məruz qaldı

Fransa çempionatında son mövsümün qalibi olan "Lill" klubunun futbolçusu  Reynildu Mandava ölkəsi Mozambikdə silahlı hücuma məruz qalıb. Bu barədə klubun sosial media hesabı məlumat verilib. Futbolçunun durumunun yaxşı olduğu bildirilib.

Fransa mətbuatı isə yazıb ki, Reynildu istirahət etdiyi ölkəsi Mozambikdə dostunun toyuna gedən zaman onun maşınını oğurlamağa çalışıblar. Cinayətkarların silahdan atəş açması nəticəsində avtomobilin pəncərələri qırılıb. Baş verənlərdən sonra futbolçu polis bölməsinə gedib və gecəni orada keçirib.