Amerika kuboku: Argentinadan vacib qələbə

Amerika kuboku: Argentinadan vacib qələbə

Braziliyada Amerika kubokunun oyunları davam edir. A qrupunun ikinci turunda Argentina və Uruqvay yığmaları üz-üzə gəlib. Görüş Argentina yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.
Argentinalıların qələbə qolunu Lionel Messinin ötürməsindən sonra 27 yaşlı yarımmüdafiəçi Qvido Rodriqes vurub. Matçın 13-cü dəqiqəsində vurulan qol həm də matçın yekun hesabını müəyyənləşdirib.
Beləliklə, Argentina yığması iki matçda dörd xal yığaraq, A qrupunun yarış cədvəlində Çili komandası ilə birinci yeri bölüşür. Turnir cədvəlində ilk üçlüyü aktivində 3 xal olan Paraqvay yığması qapayır. Uruqvay və Boliviyanın isə xalları yoxdur.