AVRO-2020: Macarıstan millisi Fransanı pley-offa yüksəlməsinə mane oldu

AVRO-2020: Macarıstan millisi Fransanı pley-offa yüksəlməsinə mane oldu

Bu gün AVRO-2020 çərçivəsində F qrupunda ikinci turun oyunları keçirilib. Qurupun ilk oyunu Macarıstan və Fransa yığmaları arasında olub. Budapeştdəki “Puşkaş Arena”da keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı Macarıstan komandası açıb. Matçın 45-ci dəqiqəsində Attila Fiola hücumu qolla tamamlayıb. Fasilədən sonra Fransa millisi hesabı bərabərləşdirmək üçün irəli atılıb və bir neçə qol vəziyyəti yaradıb. Parislilər görüşün 66-cı dəqiqəsində istəyinə nail olub. Antuan Qrizmann bərabərlik qolunu vurub. Bu oyunda son qol olub. Beləliklə, Macarıstan komandası bərabərlik nəticəsində fransızların vaxtından əvvəl 1/8 finala yüksəlməsinə mane olub.