“Qalatasaray”ın yeni prezidenti müəyyənləşdi

“Qalatasaray”ın yeni prezidenti müəyyənləşdi

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidentinin adına aydınlıq gəldi. 5 namizədin iştirak etdiyi səsvermədə ən çox səs toplayan Burak Elmas “Sarı-qırmızılılar”ın 38-ci prezidenti olub. O, digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü geridə qoyub.
Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.