Ronaldo almaniyalı futbolçunun rekordunu təkrarladı

Ronaldo almaniyalı futbolçunun rekordunu təkrarladı

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Almaniya ilə matçda yeni uğura imza atıb. Ulduz  futbolçu dünya və Avropa çempionatlarının final mərhələlərində 19-cu qolunu vurub.  O, bu qolla almaniyalı Miroslav Klozeyə çatıb.

Ronaldo dünya çempionatlarında 7, ən yaxşı bombardiri olduğu Avropa çempionatlarında 12 dəfə qol sevinci yaşayıb. Kloze isə ən məhsuldar oyunçusu olduğu mundiallarda 16, qitə çempionatlarında 3 dəfə fərqlənib.