AVRO-2020: Üçqat Avropa çempionları Polşanın müqavimətini qıra bilmədi​

AVRO-2020: Üçqat Avropa çempionları Polşanın müqavimətini qıra bilmədi​

AVRO-2020-də bütün qruplarda II turun oyunlarına yekun vurulub. Turun son oyununda E qurupunda yer alan İspaniya millisi Sevilyadakı "Estadio La Cartuja" stadionunda Polşa komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada hesab 25-ci dəqiqədə açılıb. Alvaro Morata dəqiq zərbə ilə “qırmızı furya”nı hesabda irəli çıxarıb. Lakin ispanlar bu hesabı sona qədər qoruya bilməyiblər. Matçın 54-cü dəqiqəsində Robert Levandovski hesabı bərabərləşdirib. İspaniya millisi tezliklə hesabda önə keçmək üçün əlverişli şans qazansa da, Jerar Moreno penaltini dəqiq yerinə yetirə bilməyib. Beləliklə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeydə alınan nəticələrdən sonra E qrupuna aktivində 4 xalı olan İsveç millisi başçılıq edir. Slovakiya isə 3 xalla ikincidir. Üçüncü pillədə qərarlaşan üçqat Avropa çempionu İspaniyanın 2 xalı var. Polşa isə 1 xalla qrup sonuncusudur.