Türkiyə millisi AVRO-2020 ilə vidalaşdı

Türkiyə millisi AVRO-2020 ilə vidalaşdı

AVRO-2020-də A qrupunda üçüncü turun oyunları keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən oyunda İsveçrə və Türkiyə milliləri qarşılaşıblar. Sloveniyalı FIFA referisi Slavko Vinçiçin idarə etdiyi matç İsveçrə komandasının qələbəsi ilə yekunlaşıb -3:1. İsveçrə millisindən Cerdan Şakirinin dubl etdiyi matçda Haris Seferoviç də adını tabloya yazdırıb. “Ay-ulduzlular”ın heyətində isə yeganə qolu İrfan Can Kahveci vurub.

Beləliklə, turnirin qrup mərhələsini xalsız başa vuran Türkiyə millisi AVRO-2020 ilə vidalaşıb. İsveçrə isə qrupda üçüncü yeri tutub.