Araz Abdullayev Kipr klubuna transfer olundu

Araz Abdullayev Kipr klubuna transfer olundu

Azərbaycanlı futbolçu Araz Abdullayevin yeni klubu müəyyənləşib. 29 yaşlı Kiprin "Etnikos" klubuna keçib. Arazla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Abdullayev son olaraq Türkiyənin "Boluspor" klubunda çıxış edib. O, 2017-2018 mövsümündə də Kiprdə oynayıb. A.Abdullayev həmin dövrdə bu ölkənin "Anortosis" klubunda icarə əsında çıxış edib.